Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nəsimi rayon İcra Hakimiyyətində Ümummilli Liderin anadan olmasının 100 illiyi çərçivəsində müşavirə keçirilib 

Nəsimi rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində geniş müşavirə keçirilib və sənədli film təqdim olunub...

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon İcra Hakimiyyətinin, rayon Prokurorluğunun, rayon Polis İdarəsinin, rayon Məhkəməsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Nəsimi rayon İdarəsinin, rayon Bələdiyyəsinin, YAP Nəsimi rayon təşkilatının rəhbərlərinin, “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun, rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə və müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi üzrə rayon komissiyalarının üzvlərinin, rayon ərazisində fəaliyyət göstərən QHT-lərin nümayəndələrinin, tam orta məktəb direktorlarının, psixoloqların, uşaq birlikləri rəhbərlərinin, ali təhsil müəssisələrinin Gənclər təşkilatları birliklərinin rəhbərlərinin, tələbələrin və yuxarı sinif şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində “Heydər Əliyev: Biz xalqımızın sağlamlığını qorumalıyıq, xüsusən gənclərin narkotik maddələrdən istifadə etməsi meyillərinin qarşısını almalıyıq” adlı geniş müşavirə, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə” üzrə və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursoslarının ləğv edilməsi” üzrə rayon komissiyalarının 2023-cü ilin yekunlarına həsr edilmiş hesabat və “Duman” adlı sənədli filmin təqdimatı keçirilib.

Tədbirdən öncə iştirakçılar RİH-nin binasında təşkil olunmuş sərgi ilə tanış olmuş, Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül çiçək dəstələri qoyaraq dərin hörmət və ehtiramlarını bildirmişlər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, narkomanlığa qarşı mübarizə sağlamlığa təminatdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirən "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərman bu sosial blaya qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına rəvac verdi.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Yetkinlik yaşına çatmayanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün rayon ərazisində “Bizim həyət” və “Abad həyət” layihələri çərçivəsində aparılan abadlıq, quruculuq işləri zamanı məhəllə və həyətlərdə müxtəlif idman qurğuları və uşaq oyun elementləri quraşdırılır, futbol,voleybol və basketbol meydançaları salınır. Xüsusi qeyd olunmalıdır ki, son illər rayon ərazisində 250-dən artıq həyət yenidən qurulmuşdur.

Tədbirdə “Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası”nın işçi qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Nəsimi rayon Prokuroru Həsən Hənifəyev, rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev çıxış edərək bildirdilər ki, narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin əsasını təşkil edir. Çıxışlarında narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyi vurğulanmışdır.

Sonda rayon İcra Hakimiyyətinin və Nəsimi Bələdiyyəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə lentə alınmış “Duman” adlı sənədli film nümayiş olunub.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Ən çox oxunanalar